Türkiyənin Ağrı vilayətinin Hamur ile Tutak mahalları arasında avtomobil yolunda faciəvi hadisə baş verib.
AvtoReyd.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, TIR üzərində olan kran mikroavtobusun üzərinə aşıb.
İlk məlumatlara görə, mikroavtobusdakı 7 nəfər ölüb, 11-i yaralanıb.
Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.