Cəlilabad rayonunda avtomobil yolu keçən heyvan sürüsünü vurub.
AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabadın Qarazəncir kəndindən keçən hissəsində baş verib.
Rayonun Alar kənd sakini Məhəmməd Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı istiqamətində hərəkət edərkən yolu keçən mal-qara sürüsünə girib. Qəza nəticəsində 5 baş iribuynuzlu və 10-a yaxın xırdabuynuzlu heyvan tələf olub.
Hadisə zamanı sürücü də yüngül xasarət alıb. Onun avtomobilinə isə ciddi ziyan dəyib.
Hadisə Şahidlərinin sözlərinə görə qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.
Əhliman Əhmədov – Şahid: “Yolu keçirtmək istəyirdik, yol boş idi. Ani “moment” haradan çıxdısa, çox sürətlə gəlirdi. Biz canımızı götürüb qaçdıq”.
Faktla bağlı araşdırma aparılır.