Fransanın paytaxtı Paris yaxınlığındakı Set Sor kommunasının Sena və Marna departamentində avtomobilin kafeyə çırpılması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.
AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Pyer-Henri Brandet “BFM TV” televiziyasına açıqlamasında hadisə zamanı 13 yaşlı qızın öldüyünü bildirib.
O, qeyd edib ki, hadisə zamanı xəsarət alanlardan 4-nün vəziyyəti ağır, 8-nin vəziyyəti isə normaldır. Hadisənin terror aktı olması istisna edilir.