Avtoreyd.Az Dörd çarx “Yandex. Taksi” və “Uber” sərnişinləri sığortalamaq istəyir

“Yandex. Taksi” və “Uber” sərnişinləri sığortalamaq istəyir


“Yandex.Taksi” və “Uber” şirkətləri sərnişinlər yolda ikən onların həyat və sağlamlığının sığortasının təşkili barədə danışıqlar aparır.

AvtoReyd.Az “Report”a istinadən verdiyi məlumata görə, hazırda bu məsələ detallı şəkildə araşdırılır.

Şirkətlər hələlik yeni layihənin gediş haqqına hər hansı mümkün təsiri barədə açıqlama vermir.

Xatırladaq ki, iyulun əvvəlində “Yandex” və “Uber” şirkətləri Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn-sifariş üzrə taksi xidmətlərinin birləşdirilməsinə dair müqavilə imzalayıb.

“Uber” və “Yandex” şirkətlərinin gedişlərin onlayn sifarişi bizneslərini bir şirkət daxilində birləşdirilməsinə dair sazişin şərtlərinə əsasən, tərəflər yeni şirkətin dəyərini 3,725 mlrd. dollar həcmində qiymətləndirib və ona müvafiq olaraq 100 mln. dollar və 225 mln. dollar məbləğində sərmayə yatıracaq. Bu yatırımları və mümkün ola bilən düzəlişləri nəzərə almaqla müqavilənin bitməsi zamanı şirkətin 59,3%-i “Yandex”ə, 36,6%-i “Uber”ə, 4,1%-i isə şirkətin əməkdaşlarına məxsus olacaq.

Sazişin tam olaraq 2017-ci ilin IV rübündə tamamlanması planlaşdırılır.

AvtoReyd.Az

Related Post

Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (Video+Foto)Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki,