Avtoreyd.Az Maraqlı 10 minə yaxın yumurtadan omlet bişirdilər – VİDEO

10 minə yaxın yumurtadan omlet bişirdilər – VİDEO


Belçikanın Malmedi şəhərində ənənəvi Omlet festivalı keçirilib.

Festivalda yüzlərlə insan iştirak edib.

Təşkilatçılar 10 minə yaxın yumurtadan omlet bişirərək festival iştirakçılarına təklif ediblər. Festivalda yumurta tədarükü işinə isə toyuq qiyafəsində olan maskot baxıb. Festivalda, eyni zamanda, rəqs qrupları da şou göstərib.

Omlet qayğanaqdan fərqli olaraq yumurtanın tərkibinə tərəvəz, pendir və zövqdən asılı olaraq digər ədviyyat növləri əlavə etməklə bişirilir./AzNews.az

http://www.youtube.com/watch?v=ksNkfK4gmFM

Related Post