Avtoreyd.Az Hadisə Abşeronda su borusunun partlaması yolun çökməsinə səbəb olub

Abşeronda su borusunun partlaması yolun çökməsinə səbəb olub


Binəqədi – Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb.

Bu barədə “Azəravtoyol” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Eyni zamanda yolun çökən hissəsinin dərinliyi 5-6 sm-dir.

Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sırdan çıxıb.

Dərhal əraziyə “Azəravtoyol”un əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir.

AvtoReyd.Az

Related Post

Bakıda YPX qayda pozan sürücünü qovarkən dəhşətli qəzaya düşdü (VİDEO)Bakıda YPX qayda pozan sürücünü qovarkən dəhşətli qəzaya düşdü (VİDEO)

Bakının Sahil Qəsəbəsində dəhşətli qəza baş verib. AvtoReyd.Az BAKU.WS-in hadisə şahidlərindən əldə etdiyi məlumata görə,xəbər verir ki, YPX avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb. Qəzaya səbəb YPX avtomobilinin “Mercedes” sürücüsünü qovması olub. Yüksək