Avtoreyd.Az Dörd çarx Avropada ən çox alınan məşhur avtomobillər (Foto)

Avropada ən çox alınan məşhur avtomobillər (Foto)


Bu gün avtomobil bazarında istehsalçı-şirkətlər arasında sərt rəqabət aparılır. Onlardan hər biri avtomobilin bu və ya digər xarakteristikalarını maksimal optimallaşdırmağa çalışır ki, yekunda istehlakçı məhz onu seçsin.AvtoReyd.Az bu icmalda müxtəlif Avropa ölkələrində sakinlərin almağa üstünlük verdikləri avtomobillərin ən məşhur markalarını təqdim edir.

1. Volkswagen Golf

Volkswagen Golf dünyada ən yaxşı Hetçbeklərdən biri hesab edilir. Model ən satılan avtomobillər siyahısında Almaniyada, Avstriyada, Belçikada, Norveçdə, həmçinin stabil olaraq başqa ölkələrdə 2016-cı il ərzində yeni avtomobillərin qeydiyyat siyahılarında yüksək yerləri tutur.

2. Volkswagen Polo

Volkswagen-in başqa modeli yığcam Polo-un beşinci nəsili Belarusda 2016-cı ilin ən çox satılan avtomobili oldu.

3. Renault Clio

Fransa, Niderland, Xorvatiya, Portuqaliya və Sloveniyada keçən il ərzində ən çox  Renault Clio satılmışdı. Fransız hetçbeki bir çox üstünlükləri var ,döngələrdə zərif zahiri görünüşü ilə, xüsusi gücü ilə, idarə etmək rahatlığı ilə və sabitliyi ilə fərqlənir.

4. Peugeot 208

Danimarkada keçən il ərzində ən məşhur avtomobil diqər Fransız istehsalı Peugeot 208 oldu.

5. Volvo S90/V90

Diqər Skandinaviya ölkəsində, İsveçdə, keçən il ərzində ən çox Volvo S90 universalları və Volvo V90-ın  sedanları satılmışdı. Avtomobil yalnız keçən il satışa çıxmağına baxmıyaraq artıq mübahisəsiz lider oldu.

6. Toyota Yaris

Yapon hetçbeki Toyota Yaris  başqa yığcam avtomobilləri qabaqlayıb Yunanıstanda satışların lideri oldu.Misal üçün Volkswagen Golf,hətta on ən yaxşılar siyahısına daxil ola bilmədi.

7. Skoda Octavia

Çexiyanın, Estoniyanın, Finlandiyanın, Polşanın və İsveçrənin sürücüləri bu avtomobilə üstünlük verdilər. Onların seçimi – Skoda Octavia-ın kiçik Sedanlarıdır.

8. Skoda Fabia

Çex istehsalçısının diqər modeli Skoda Fabia Octavia-ı və Rapid-i arxada qoyub Slovakiyada birinci yerə çıxdı.

9. Suzuki Vitara

Macarıstanda sürücülər demək olar ki,Suzuki Vitara-ya hücum etdilər. Yerli istehsal olan yapon krossoverləri 1.5 dəfə Skoda Octavia və iki dəfə Opel Astradan daha çox satılmışdı.

10. Hyundai Tucson

Yığcam krossoverlər həmçinin İrlandiyada məşhurdur . Orada Nissan Qashqai-i və Volkswagen Golf-u qabaqlamış Hyundai Tucson-un koreya modeli satışların lideri oldu.

11. Nissan Qashqai

Latviyada həmçinin asiya krossoverləri məşhurdur. Nissan Qashqai satışların nəticələrinə görə,Volkswagen Golf-u və Skoda Octavia-ı qabaqladı.

12. Fiat 500

Litvada isə, kiçik Fiat 500 qəflətən ən məşhur avtomobil oldu. Məşhur italyan Hetçbeki üç dəfə Skoda Octavia və Volkswagen Passat kimi  avtomobilləri qabaqlıyaraq lider seçildi.

13. Fiat Panda

İtaliyanın özündə isə, diqər model ən məşhur oldu.Bu Fiat 500 kimi kiçik şəhər avtomobili üçüncü nəsil Fiat Panda-dir.Avtomobil  İtaliya şəhərinin dar orta əsr küçələri üçün çox rahatdır.

14. Dacia Logan

Təcüblü deyil ki,  Rumıniyanın  “xalq”avtomobili Dacia Logan, ən satılan model oldu. Qonşu Moldovada Logan həmçinin birinci yeri tutdu ,amma ikincidə – Dacia Dokker və Hyundai Tucson yer aldılar.

15. Dacia Dokker

Fransa-rumın şirkətinin diqər istehsalı olan Dacia Bolqarıstanda satışların lideri oldu. Kompaktven Dokker Nissan Qashqai-i, Skoda Octavia-ı və Renault Clio-u arxada qoydu.

16.İspaniya

Seat Ibiza və Seat Leon İspaniyada ən satılan avtomobil oldu. Onlardan biraz geri qalaraq üçüncü yeri Opel Corsa tutdu.

17. Ford Fiesta

Ford,Vauxhall və Toyotanın yığcam modelləri Böyük Britaniyada artıq ən satılan avtomobillərin siyahılarında bir neçə ildir ki, liderlik edir. 2016-cı ildə reytinqə Ford Fiesta-a başçılıq etdi. 2-ci və 3-cü yerlər isə,Ford Focus-u və Volkswagen Golf-u tutdu.

18. Smart Fortwo

Fransanın cənubunda yerləşən kiçik dövlət olan Monakoda bir çox bahalı avtomobillə qarşılamaq olar. Amma heç də ən satılan avtomobil Ferrari və ya Rolls-Royce olmadı, onlar yığcam Smart Fortwo-nu seçdiıər. İkinci yerdə yığcam krossover Porsche Macan yer aldı.

19. Audi A3

Diqər cırtdan dövlət San-Marinonun sakinləri isə, alman Audi A3-ü seçdilər.

20. Kia Sportage

Ukraynada Kia Sportage-ın yığcam krossoveri Renault Logan, Renault Duster və Skoda Octavia kimi rəqibləri arxada qoyaraq satışların lideri oldu.

21. Hyundai Solaris

Rusiyada istehsal edilən Hyundai Solaris-in hetçbekləri  satışda birinci oldu.Lada Granta, Kia Rio və Lada Vesta isə,satışa görə növbəti siralarda yer aldılar.

AvtoReyd.Az

Related Post

Sosial şəbəkələr bu görüntüdən danışır – “Lamborghini” qaydanı pozdu, polis isə… – VİDEOSosial şəbəkələr bu görüntüdən danışır – “Lamborghini” qaydanı pozdu, polis isə… – VİDEO

İngiltərənin paytaxtı Londonda maraqlı hadisə baş verib. AvtoReyd.Az Publika.az-a istinadən xəbər verir ki, “Lamborghini”nin sahibi avtomobilini magistral yolda qanunsuz olaraq park edib. Bunu görən polis də maşını cərimə meydançasına aparmaq istəyib.