Avtoreyd.Az Hadisə Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkirdə avtomobil piyadanı vurub


Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”un Qərb bürosunun məlumatına əsasən,xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil yolu keçmək istəyən rayon sakini, 1992-ci il təvəllüdlü Rzayev Eyyub Vəli oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə E.Rzayev ağır xəsarət alıb.

Yaralı yaxınlıqdakıların hadisə yerinə çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən E.Rzayevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Post

Rusiyada, Sankt-Peterburq şəhər metropolitenində partlayış olub- Yenilənib (video)Rusiyada, Sankt-Peterburq şəhər metropolitenində partlayış olub- Yenilənib (video)

Sankt-Peterburqdakı özəl müəssisələr insanların daşınması üçün  pulsuz kömək təklif edib. Bu haqda İTAR-TASS-a  şəhər nəqliyyatı üzrə komitənin mətbuat xidmətindən məlumat veriblər. Metropolitendəki partlayışdan sonra Sankt-Peterburq şəhərinin Pulkovo aeroportunda təhlükəsizlik tədbirləri