Avtoreyd.Az Dörd çarx Bakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır – VİDEO

Bakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır – VİDEO


Bakıda bir sıra geniş prospekt və küçələrdə piyada zolaqlarının olmaması ətrafda yaşayan insanlar, habelə şəhərdi gəzən turistlər üçün çətinliklər yaradır. Rəsmi statistikaya əsasən yol nəqliyyat hadisələrinin ümumi sayında piyadaların vurulması hadisələri artıb.

Təhlükəli ərazilərdən biri də Bakının mərkəzində, Neftçilər prospektinin sonu, Nobel prospektinin başlanğıcında yerləşir. Çoxzolaqlı, birtərəfli yolda piyada keçidinin olmaması səbəbindən qadınlar, uşaqlar, habelə ölkəmizdə səfərdə olan turistlər Dənizkənarı Bulvara keçmək üçün öz həyatlarını riskə atmalı olurlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında bildirib ki, ümumilikdə piyada keçidinin yollarda təyin edilməsi ilə bağlı DYP əməkdaşları sənədləşmə işi aparır: “Əgər vətəndaşlar da hesab edir ki, onların yollarda hərəkəti ilə bağlı müəyyən çətinlik yaranıb və həmin ərazidə piyada zolaqlarının çəkilməsinə ehtiyac var, bu işlər bitdikdən sonra təyin olunan yerlərdə piyada zolaqları çəkilir”.

V.Əsədov bildirib ki, vətəndaşlar aidiyyəti üzrə dövlət yol polisi idarəsinə müraciət etməlidirlər. Onun sözlərinə görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında yol polisi əməkdaşları həmin əraziyə baxış keçirir və orada piyada zolaqlarının çəkilməsi üçün vəsatət qaldırılır. Qaldırılan vəsatət əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı əsasında həmin əraziyə piyada zolağı çəkilir.

http://https://youtu.be/b-rrernU06Y

Related Post

Bakı-Hacıqabul hissəsində sədlərinin təmiri işləri aparılırBakı-Hacıqabul hissəsində sədlərinin təmiri işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul hissəsində qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik