Avtoreyd.Az Gündəm BNA Sahil metrosunda təmir işləri ilə əlaqədar daşıyıcılara xəbərdarlıq məktubu göndərib

BNA Sahil metrosunda təmir işləri ilə əlaqədar daşıyıcılara xəbərdarlıq məktubu göndərib


Sahil metrosunda aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib.

Daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb.

“Həmçinin sərnişin axınına uyğun olaraq zərurət olacağı halda interval azaldılsın. Eyni zamanda, ehtiyac olarsa, sözügedən marşrut xətləri üzrə avtobusların sayının artırılması da daşıyıcılara tapşırılıb”, – deyə məlumatda vurğulanıb.

AvtoReyd.Az

Related Post

Baş Dövlət Yol Polisi İdarəsi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edibBaş Dövlət Yol Polisi İdarəsi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib. BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Report”a açıqlamasında bildirib ki,

Cəlilabadda reyd zamanı gərgin anlar – 90-dan çox avtomobili cərimələdi – VİDEOCəlilabadda reyd zamanı gərgin anlar – 90-dan çox avtomobili cərimələdi – VİDEO

Cəlilabadda yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələri ödəməkdən yayınan sürücülərə qarşı reydlər keçirilib. Cərimələri ödənilmədiyi üçün Baş Dövlət Yol Polisi tərəfindən həbs qoyulmuş avtomobillər saxlanaraq xüsusi dayanacağa yerləşdirilib. Yoxlamalar zamanı