Avtoreyd.Az Hadisə Sumqayıtda 5 yaşlı Zeynəbin dəhşətsaçan ÖLÜMÜ – “İt başından tutub çeynədi…” – VİDEO – FOTO

Sumqayıtda 5 yaşlı Zeynəbin dəhşətsaçan ÖLÜMÜ – “İt başından tutub çeynədi…” – VİDEO – FOTO


Sumqayıtda ötən ayın 31-də 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib.

AvtoReyd.Az ARB 24-ə istinadən xəbər verir ki, hadisə mikrorayonun 40-ci binasının qarşısında olan uşaq meydançasında baş verib. Zeynəb meydançada turnikdən sallanarkən it onu tutaraq aşağı yıxıb və baş nahiyəsindən dişləyib. Uşağı itin əlindən xilas edən Asif Kərimov hadisəni belə xatırlayır.

ASif Kərimov (hadisə şahidi) ” İt onun belindən tutub yerə yıxdı. Sonra başından çeynəməyə başladı. Tutub qolundan apardım, təcili yardım dedi ki, bizlik deyil”.

Tofiq Seyfəliyev (Zeynəbin babası) : “Bunlar onu tutan iti yoxlamadılar ki, bu it quduzdur yoxsa, yox. 3 gün orada yatırıb evə göndəriblər. Dedilər ki, həftədə bir dəfə gələrsiz iynə vurarıq. Sonra qızdırması qalxdı və tez xəstəxanaya apardıq”.

Sumqayıt şəhər Səhiyyə şöbəsindən suallarımıza cavab verən olmasa da Təcili Tibbi Yardım Xəstəxanasından bildirdilər ki, iyulun 31-də xəstəxanaya daxil olan Zeynəb Mikayılzadəyə lazımi tibbi yadımlar göstərilib. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Burada 5 yaşlı uşağa daha bir vaksin vurulub. Amma bu da onun həyatda qalmasına kifayət etməyib. Zeynəbin dünyasını dəyişməsinə səbəb kimi onun immunitetinin aşağı olması və kəskin hemoqlobinin azlığı göstərilir.

Sumqayıtda son 40 gündə 199 nəfəri it dişləyib. Təkcə iyul ayında 133, avqustun 17 günü ərzində isə 66 sakin it dişləməsi ilə bağlı həkimə müraciət edib.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=9sikJNtz2wI

Related Post

Metroda sərnişinlərdən bir nəfər 10 dəqiqə qatarların hərəkətini ləngidib (Video)Metroda sərnişinlərdən bir nəfər 10 dəqiqə qatarların hərəkətini ləngidib (Video)

AvtoReyd.Az xəbər verir ki, saat 18:50 radələrində sərnişinlərdən bir nəfər təxminən 10 dəqiqə qatarların hərəkətini ləngidib.Hadisə “İnşaatçılar”stansiyasında qeydə alınıb.Belə ki,1992-ci il təvəllüdlü Şəmkir rayon sakini Ələsgərov Tamerlan Rövşən oğlu tunelə düşərək üzü “Elmlər Akademiyası”