Avtoreyd.Az Hadisə Bakıda minik avtomobili motosikletlə toqquşub, ölən var

Bakıda minik avtomobili motosikletlə toqquşub, ölən var


Bakıda minik avtomobili motosikletlə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 18-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Vahid İmranovun idarə etdiyi “UAZ” markalı avtomobillə 25-30 yaşlı kişinin idarə etdiyi motosiklet toqquşub.

Xəstəxanaya yerləşdirilən motosikletin sürücüsü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post