Beyləqan rayonunda piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az–ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 18-də saat 9 radələrində Beyləqan rayonunun Kəbirli kəndində rayon sakini Şakir Sarıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Gülüstan Hüseynovanı vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.