Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili yolu keçən Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Kuyeyeva Nərminəni vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nərminə Kuyeyeva təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.