Avtoreyd.Az Avtoxəbər İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)

İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)


İsmayıllı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində İsmayıllı şəhərinin küçələrində, İsmayıllı-İvanovka yolunda reyd keçirilib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, reydin keçirilməsində əsas məqsəd “Təmiz hava” aylığı çərçivəsində avtomaşınlardan havaya buraxılan artıq dəm qazını aşkar etmək olub. Reyd zamanı bəzi sürücülərin avtomobilləri nasaz vəziyyətdə və qanunsuz idarə etdiyi aşkarlanıb.

Həmin sürücülər saxlanılaraq barələrində müvafiq qaydalara uyğun olaraq cərimələr tətbiq edilib. Reyd zamanı 31 nəqliyyat vasitəsi saxlanılıb, onlardan 16-nın sürücüsü idarə etdiyi avtomobilin havaya normadan artıq dəm qazı buraxmaqla atmosferi həddən artıq çirkləndirməsinə görə inzibati qaydada məsuliyyətə cəlb olunub. Yoxlamalar zamanı taksi fəaliyyəti ilə qeyri-qanuni məşğul olan, sürücülük vəsiqəsi olmadan texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan nəqliyyat vasitələri saxlanılaraq həmin sürücülər cərimə olunub.

İsmayıllı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Ənvər Əliyev APA-ya bildirib ki, “Təmiz hava” aylığı çərçivəsində belə reydlərin avqustun sonunadək davam etdirilməsi nəzərdə tutulur.

AvtoReyd.Az

Related Post

50 milyon dollarlıq yol-nəqliyyat hadisəsi: Britaniyada bütün dövrlərin ən bahalı avtomobili qəzaya uğrayıb (Video)50 milyon dollarlıq yol-nəqliyyat hadisəsi: Britaniyada bütün dövrlərin ən bahalı avtomobili qəzaya uğrayıb (Video)

Avtoreyd.az bildirir ki, səs-küylü hadisə Britaniyada Goodwood Revival avtoşousu zamanı baş verib. Bütün dövrlərin ən bahalı maşını olan 1964-cü il istehsalı Ferrari 250 GTO avtomobili qəzaya düşüb. Sportkar Ferrari 250, qədimi