Avtoreyd.Az Gündəm Metronun “Sahil” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandı

Metronun “Sahil” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandı


Avqustun 21-də səhər saatlarından metronun “Sahil” stansiyası təmirə bağlanır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən AvtoReyd.Az-a verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq.

“Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.

Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar “Sahil” stansiyasında dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

AvtoReyd.Az

Related Post

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıbLənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncamla Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan

“Neftçilər”dən “Xalqlar dostluğu” metrosuna olan hissədə hərəkət bərpa edilib“Neftçilər”dən “Xalqlar dostluğu” metrosuna olan hissədə hərəkət bərpa edilib

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb. Belə ki, hərəkət prospektin metronun “Neftçilər”