Bərdədə toy karvanında gedən avtomobillərdən biri yol kənarında su içən toy mərasiminin 4 iştirakçısını vuraraq hadisə yerindən qaçıb
AvtoReyd.Az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində baş verib.
Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.
Nəticədə 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerində dünyasını dəyişib. Digər 3 nəfər: 1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.