Avtoreyd.Az Gündəm Dünyanın ən sürətli qatarı yenidən reysə buraxılır – VİDEO

Dünyanın ən sürətli qatarı yenidən reysə buraxılır – VİDEO


Çində dünyanın ən sürətli qatarının fəaliyyəti yenidən bərpa olunacaq.

“Güllə qatar” sentyabr ayından etibarən dəmiryol xəttinə buraxılacaq.

Sözügedən qatarın sürəti saatda 350 kilometrə çatır. Qatar Pekin-Şanxay reysi üzrə hərəkət edir. “Güllə Qatar” iki şəhər arasında olan 1250 kilometrlik məsafəni 4 saat 30 dəqiqəyə qət edəcək.

Çin 2008-ci ildən etibarən sürət qatarlarını işə salıb. Lakin, ölkə rəhbərliyi 2011-ci ildə iki qatarın toqquşması ilə nəticələnən qəzadan sonra sürət həddini 250-yə endirmişdi. Həmin qəza nəticəsində 40 nəfər ölüb, 191 nəfər xəsarət alıb.

Hazırda Çində 20 min kilometrdən çox sürətli dəmiryol xətləri mövcuddur./AzNews.az

http://www.youtube.com/watch?v=XpWL3rvBeDk

Related Post

Paytaxt sakinləri Novruz bayramını harada keçirəcək? – SORĞU Bu gün ölkədə Novruz bayramı ərəfəsində son rəsmi iş günüdür. Artıq hər kəs bayram günləri üçün istirahət planı qurub. Novruz bayramında istirahət