Şirvanda bankomatlardan təqaüd çıxaran sakinlərin etibarından sui-istifadə edərək onlara məxsus 120 və 222 manat təqaüdü mənimsəyən şəxs saxlanılıb.
AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki,, vətəndaşların müraciəti əsasında Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin əvvəllər məhkum olunmuş Şirvan sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Füzuli Elsevər oğlu olduğu müəyyən edilib. F.Nəcəfov bankomatlarda ahıl vətəndaşlara kömək göstərmək adı ilə onların plastik kartlarında olan təqaüdü ələ keçirməklə dələduzluq hərəkətləri edib. Adı çəkilən şəxs barəsində Şirvan şəhər məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
F.Nəcəfovun hərəkətlərindən zərər çəkən şəxslərdən Şirvan Polis Şöbəsinə (Tel:021 215-14-50) müraciət etmələri xahiş olunur.