Avtoreyd.Az Hadisə Bakı metrosunda İNANILMAZ HADİSƏ: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi

Bakı metrosunda İNANILMAZ HADİSƏ: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi


Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.

“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

“Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, – deyə Nəsimi Paşayev bildirdi.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.

AvtoReyd.Az

Related Post

“WhatsApp”dan daha bir yenilik“WhatsApp”dan daha bir yenilik

“YouTube” videosunu dəstəkləyəcək Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq. İstiPress xəbər verir ki, məlumata görə, mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu