Avtoreyd.Az Hadisə Ani diqqətsizlik insanların həyatına son qoya bilər – kanalizasiya quyularının üzəri açıq vəziyyətdədir – VİDEO

Ani diqqətsizlik insanların həyatına son qoya bilər – kanalizasiya quyularının üzəri açıq vəziyyətdədir – VİDEO


Bakıda kanalizasiya quyuları açıq vəziyyətdə qalıb. Bu isə səkilərdə hərəkət edən vətəndaşlar üçün təhlükə yaradır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Heydər Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən hissəsindən gedir.

Səkinin bir hissəsində əmələ gələn çökəklik də insanlar üçün təhlükə mənbəyidir.

Məsələ ilə bağlı ərazi üzrə cavabdeh olan Nizami rayonu 67 saylı Mənzil-İstismar sahəsinin rəisi Hüseynağa Əliyev “Xəzər Xəbər”ə bildirdi ki, dərhal məsələ ilə bağlı araşdırma aparılacaq və lazım olan tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Post