Avtoreyd.Az Gündəm DYP rəsmisi Kamran Əliyevdən : “Satılır” qadağası ilə bağlı açıqlamanı mən yaymamışam”

DYP rəsmisi Kamran Əliyevdən : “Satılır” qadağası ilə bağlı açıqlamanı mən yaymamışam”


Bir neçə gündür ki, mətbuatda avtomobillərin üzərində “satılır” elanının yazılmasının qadağan edilməsi ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, belə bir açıqlama Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin adından yayılıb.

Ekspertlər isə bu qadağaya etiraz edərək, bunun hər hansı hüquqi əsasının olmadığını bildiriblər. Belə ki, şəxsin öz maşınını satması kommersiya fəaliyyəti hesab olunmadığından “Reklam haqqında” qanunun tələbləri ona şamil oluna bilməz.

“Yeni Müsavat”ın müxbiri mətbuatda gedən təndiqlər və müzakirələrlə bağlı DYP-nin mövqeyini öyrənmək üçün Kamran Əliyevlə əlaqə saxlayıb.

Kamran Əliyev isə belə bir açıqlamadan xəbərsiz olduğunu bildirib: “Mən 15 gündür məzuniyyətdəyəm, ölkədə deyiləm. Belə bir açıqlamadan və müzakirələrdən xəbərim yoxdur. Avtomobilin üzərinə sadəcə “satılır” sözünün yayılması niyə qadağan olunmalıdır ki?… Mənim adımdan bu açıqlamanın necə yayılması haqqında isə heç nə deyə bilmərəm”.

AvtoReyd.Az

Related Post

İngiltərəli Rebekka Lounun velosipedlə Londondan Tehrana qədər olan məsafəni qət etməsinin səbəbi nədir? (foto)İngiltərəli Rebekka Lounun velosipedlə Londondan Tehrana qədər olan məsafəni qət etməsinin səbəbi nədir? (foto)

  İngiltərədən olan xanımın 10 000 kilometr məsafəni keçməyinə səbəb Yaxın Şərq haqqında olan  stereotipləri dağıtmaq olub. 2015-ci ilin iyulunda avropalı Rebekka Lou uzun səyahətə çıxıb. O, təkbaşına Türkiyə, Livan,

Azərbaycanda dövlət maşınları ucuz qiymətə satışa çıxdı: Mercedes 6400, FİAT 3500 AZN (SİYAHI)Azərbaycanda dövlət maşınları ucuz qiymətə satışa çıxdı: Mercedes 6400, FİAT 3500 AZN (SİYAHI)

Mayın 10-da hərraca çıxarılaacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.  BAKU.WS-in məlumatına görə, siyahıya əsasən 1-2-ci sətirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25%