Hindistanın mərkəzində Gotmar Mela daş atma festivalında zərərçəkənlərin sayı 462 nəfər olub. Arabir qurbanlarla nəticələnsə də, bu qeyri-adi bayramın artıq bir neçə yüz yaşı var. Cari il ölümsüz ötüşdü, lakin yaralılardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.
Artıq neçə əsrdir ki, Caan çayının müxtəlif sahilində yerləşən Pandxurna və Savarqaon kəndləri hər il bu festivalı keçirirlər. Qəddar tədbir qədim əfsanə ilə əlaqədardır.
Təqribən 300 il əvvəl Pandxurna kəndinin böyüyü Savarqaon kəndinin kralının qızının qeyri-adi gözəlliyi barədə öyrənir. Sevdiyinə qovuşmaq üçün o, çayı keçərək qızı qaçırır. Bir müddət sonra yerli sakinlər məsələdənə hali olur və oğruya daş atmağa başlayırlar. Pandxurna sakinləri isə öz liderlərinin arxasında duraraq onlara daşlarla cavab verir. Bu qızı qaçıran şəxsə saraya çatmağa imkan verir.
Həmin vaxtdan etibarən hər iki kəndin sakinləri bu günü qeyd edirlər. Sakinlər Caan çayının sahillərində bir-birlərinə qarşı dururlar. Çayın ortasında olan ağacın üzərindəki bayrağı götürmək istəyən hər kəs qarşı tərəfdən daşlanır. Cəsarətli şəxsi qorumaq istəyən kəndlilər isə qarşı tərəfə daş atır. İlin qalibi bayrağı götürən sakinin yaşadığı kənd elan olunur.
Yerli hökumət dəfələrlə bu ənənənin qarşısını almağa çalışıb. 2000-ci illərdə hətta festival iştirakçılarına daş əvzinə rezin şarlardan istifadə etmək təklif olunub, lakin heç bir kənd bununla razılaşmayıb.
Təqribən iki ildə bir dəfə bu tədbir qurbanla nəticələnir. Hər il yüzlərlə eniyetmə yaralanır. Polis nümayəndəsinin sözlərinə görə bu il 462 nəfər xəsarət alıb. Onlardan 10-u ağır yaralanıb, 3-nün vəziyyəti isə kritikdir./faktxəbər