AvtoReyd.Az məlumatına görə,beynəlxalq hərbi-texniki forum “Ordu – 2017″da “QAZ Qrupu ” “Next Vepr” adlı pikapın prototipini təqdim edib. Gələcəkdə bu model QAZ-330811 “Qaban”modelini əvəz etməyi nəzərdə tutur.Hal-hazırda QAZ-330811 “Qaban”modeli kiçik partiyalarla QAZ-3308 «Sadko» əsasında 2006-cı ildən buraxılır.
“Next Vepr” perspektivli yük avtomobili “Next Sadko”əsasında yığılıb , arxa qatlanan bortla 2-sətirli kabinaya və yük platformasına malikdir.Avtomobilin qabaritləri belədir: uzunluğu — 6430 millimetr, en — 2268 millimetr. Klirens — 315 millimetr, öhdəsindən gəlinən çay keçidinin dərinliyi – 950 millimetr. Aşağı salan ötürülmənin ötürücü sayı – 1,982. Yükqaldırma qabiliyyəti — 2,5 ton, bütöv kütləsi — 6,85 ton təşkil edir.
Pikap 149 at gücü və 4,4-litrlik turbodizel mühərriki ilə təhciz edilib.Transmissiya tam ötürücüdür,qabaq və arxa körpülərdə diferensiallar, sərt qoşulan qabaq körpüsü,18 düymlük təkərli disklər,hər yerdə gedən rezin və önündə güclü mexaniki dartıcı ilə fərqlənir.