Futbol üzrə Türkiyə kubokunun I turu çərçivəsində keçirilən “Sinopspor” – “Yeni Amasyaspor” oyununda maraqlı hadisə baş verib.
“Report”un məlumatına görə, avqustun 22-də baş tutan görüşün 81-ci dəqiqəsində təhlükəsizliyə cavadeh olan polis məmuru telefonla danışa-danışa meydan girib. O, yan xətt hakiminin işarəsindən sonra qazonu tərk edib.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.