Avtoreyd.Az Gündəm,Без рубрики Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir – FOTO / VİDEO

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir – FOTO / VİDEO


Ölkə prezidentinin sərəncamına əsasən, bir-neçə avtomobil yoluna (Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) çıxışı təmin etmək və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

AvtoReyd.Az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km-dir, eni isə 8-10 metr arasında dəyişir.

Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən keşən 4,5 km-lik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun “Təmiz Şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinə qədər olan 5,5 km-lik hissəsinin asfaltlanması işləri görülür. Növbəti mərhələdə isə sözügedən yolun Mehdiabad-Binəqədi hissəsinin yenidən qurulmasına başlanılacaq.

Ümumilikdə yola 12 sm qalınlığında 175 min kv m. yeni asfalt örtüyü döşənəcək.

Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülür.

Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzüləcək.

Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi çərçivəsində yenidən qurulur. Yolun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

AvtoReyd.Az

Related Post

BNA və əcnəbi mütəxəssislər nəqliyyatın idarə edilməsi sahəsini müzakirə edibBNA və əcnəbi mütəxəssislər nəqliyyatın idarə edilməsi sahəsini müzakirə edib

“Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir”. Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, məqsəd, bu sahədə

Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır – Sərnişinlə dolu avtobusa yanacaq vurulur – VİDEOAvtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır – Sərnişinlə dolu avtobusa yanacaq vurulur – VİDEO

Sərnişinlə dolu avtobus yanacaq doldurma məntəqəsinə girir və sürücü yanacaq doldurur. Bir neçə dəqiqə sonra da avtobus yola çıxır. Xezerxeber.az məlumat verir ki, “Xəzər Xəbər”in vatsap nömrəsinə göndərilən görüntülər Bakıda