Avtoreyd.Az Dörd çarx Biləsuvarda qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb – FOTO

Biləsuvarda qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb – FOTO


Biləsuvar rayonunda qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb. AvtoReyd.Az-ın “Report”a istinadən məlumatına görə, bir aydan çox idiki qəzalı vəziyyətə düşən və təmirə bağlanan körpü yaxın günlərdə istifadəyə veriləcək. Ələt-Astara magistralının 91-ci kilometrliyində Biləsuvar rayonu ərazisindəki kololektorun üzərində yerləşən körpünün qəzalı vəziyyətdə olması uzun müddət idi ki həmin istiqamətlərdə nəqliyyatın hərəkətində problemlər yaradırdı. Sürücülər Biləsuvar rayonu ərazisindən keçərkən çətinliklərlə üzləşirdilər. Xatırladaq ki, 1973-cü ildə inşa olunan yol qovşağı ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yararsız vəziyyətə düşmüşdü. Ümumi uzunluğu 30 metr, eni 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı. “Azəravtoyol” ASC tərəfindən körpünün dayaq və dəmir-beton plitələri yeniləri ilə əvəzlənərək əsaslı təmir olunub.

AvtoReyd.Az

Related Post

Bakıda qayda pozan sürücünü cərimələyən yol polisi özü qanuna tabe olmadı (VİDEO)Bakıda qayda pozan sürücünü cərimələyən yol polisi özü qanuna tabe olmadı (VİDEO)

Bakıda yol polisi motosiklet sürücüsünü qayda pozduğuna görə saxlayıb. AvtoReyd.Az BAKU.WS-in məlumatına görə,xəbər verir ki, yol polisi sürücünün motosikletinə minərək cərimə meydançasına yollanıb. Bu qəribə mənzərə ətrafdan keçən insanların marağına səbəb