Avtoreyd.Az Gündəm Qusar-Xudat avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir – VİDEO / FOTO

Qusar-Xudat avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir – VİDEO / FOTO


“Azəravtoyol” ASC avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində apardığı kompleks tədbirlər çərçivəsində respublikanın avtomobil yollarında yağıntılar və intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

Bu çərçivədə həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Qusar-Xudat avtomobil yolunda yenidənqurma işləri uğurla davam etdirilir.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-nə çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 13.7 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun 2-2.5 m enində çiyinlər də daxil ümumi eni 11-12 m təşkil edir.

Təmir-bərpa işləri zamanı yolun 10.7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır.  

Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, genişləndirilmiş və zəruri olan digər hissələrə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.Hazırda yol boyu asfaltlanma işləri görülür. Artıq yolun 9 km-lik hissəsində asfaltlanma işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

Asfaltlanma işlərinə paralel olaraq zəruri olan yerlərə səki daşları düzülür. Piyada səkilərinin və yol kənarına ümumilikdə 7 min p/metr səki daşı düzüləcək.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 41 min m2 yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, 1967-68 ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, yol boyu yerləşən yaşayış məntəqələrinin on minlərlə sakininin gediş-gəlişini rahatlaşdıracaq.

AvtoReyd.Az

Related Post

Binəqədi-Novxanı-Corat yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verildi – VİDEO / FOTOBinəqədi-Novxanı-Corat yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verildi – VİDEO / FOTO

Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, 14 km uzunluğunda olan avtomobil yolunun 6.5 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri artıq yekunlaşıb. Ümumilikdə yolun sözügedən hissəsinin 80 min m2 sahəsinə 2 qat olmaqla