Avtoreyd.Az Gündəm Günün dəhşətli xəbəri! Azərbaycanda “yol terroru” 110 can aldı

Günün dəhşətli xəbəri! Azərbaycanda “yol terroru” 110 can aldı


2017-ci il yanvarın 1-dən avqustun 26-a qədər Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb.

AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 110 ölüm, 340 xəsarət baş verib. V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 hadisə, 6 ölüm, 117 xəsarət faktı azalıb, eyni zamanda xəsarət dərəcələri yüngülləşib.

V.Əsədov bildirib ki, hadisələrin 32 faizi sürət həddinin aşılması səbəbindən baş verib. 62 faiz qəzalar isə piyadaların vurulması ilə nəticələnib.

Related Post

İnşaatçılar prospektində yerləşən Statistika dairəsi artıq ləğv edilib (Video)İnşaatçılar prospektində yerləşən Statistika dairəsi artıq ləğv edilib (Video)

Avtoreyd.az bildirir ki,”Azəravtoyol” ASC-nin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən