2017-ci il yanvarın 1-dən avqustun 26-a qədər Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb.
AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, bu hadisələr nəticəsində 110 ölüm, 340 xəsarət baş verib. V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 hadisə, 6 ölüm, 117 xəsarət faktı azalıb, eyni zamanda xəsarət dərəcələri yüngülləşib.