Avtoreyd.Az Gündəm Ələt-Astara magistralının kənarında xüsusi istirahət sahələri yaradılır

Ələt-Astara magistralının kənarında xüsusi istirahət sahələri yaradılır


Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd yolun yeni tras üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən keçməməsidir.

Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb.

İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.

AvtoReyd.Az

Related Post

Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində bir dəfə protokol tərtib olunacaqDayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində bir dəfə protokol tərtib olunacaq

Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir. AvtoReyd.Az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma