Avtoreyd.Az Hadisə Bakıda generalın villasında İNSİDENT- “Galendevagen”in təkərlərini deşdilər

Bakıda generalın villasında İNSİDENT- “Galendevagen”in təkərlərini deşdilər


Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.

AvtoReyd.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda maşınların sahibi Etibar Hüseynov adlı şəxs polisə müraciət edib. O bildirib ki, ötən gün günorta saatlarında qızının həyat yoldaşı, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlu ona məxsus olan Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub. Bu zaman o idarə etdiyi “Hundai” markalı maşınla həyətin darvazasını qırıb. Daha sonra həyətdəki E. Hüseynova məxsus olan 90 FH 018 nömrəli BMW, 90 FG 494 nömrəli “Toyota” və 90 VX 949 nömrəli “Mercedess Galendevagen” markalı maşınların təkərlərini bıçaqla deşib.

Xəbərdə bildirilir ki, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, E. Hüseynovun qızı boşanmaq istəsə də həyat yoldaşı buna razı olmayıb və bu hadisəni törədib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E. Hüseynov yaxın vaxtlara qədər hüquq – mühafizə orqanlarında yüksək vəzifə tutub. Hətta onun general rütbəsi daşıdığı da bildirilir.

AvtoReyd.Az

Related Post

Bakıda maşın yanırBakıda maşın yanır

Bakıda xarici markalı avtomobil qəfil alışıb. AvtoReyd.Az xəbər verir ki, görüntülər Telegramda yayımlanıb. İlkin məlumata görə, hadisə Bakı-Sumqyıt yolunda baş verib, nəticədə xəsarət alan olmasada avtomobilə ciddi ziyan dəyib.