Avtoreyd.Az Avtoxəbər Əksər hissələri minik avtomobilinə, mühərriki isə su motoruna aid traktor – VİDEO

Əksər hissələri minik avtomobilinə, mühərriki isə su motoruna aid traktor – VİDEO


Əksər hissələri minik avtomobilinə, mühərriki isə su motoruna aiddir. Qeyri-adi texnika təsərrüfatda da istifadə edilir.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Qəbələnin Kürd kənd sakini, 44 yaşlı Şahmalı Aslanov mini traktor hazırlayıb. Hələ uşaq yaşlarından texnikaya böyük marağı olan rayon sakini təsərrüfat işlərini daha da asanlaşdırmaq üçün belə addım atıb. Texnika 1 aya ərsəyə gəlib və hazırlanmasına 600 manata yaxın pul xərclənib.

Şahmalı Aslanov deyir ki, texnikanın əksər hissələri minik avtomobilinə aiddir. Bəzi hissələrini isə özü hazırlayıb.

1, 5 ton yükü 60 km/saat sürətlə daşıya bilən texnikanın yanacaq sərfiyyatı da çox aşağıdır.

Şahmalı Aslanov texnikanı daha da təkmilləşdirmək niyyətindədir.

AvtoReyd.Az

Related Post

Mayın 1-dən bu ölkədə məmurların avtomobillərinə sayrışan işıqlar (“miqalka”) quraşdırmaq qadağan olunacaqMayın 1-dən bu ölkədə məmurların avtomobillərinə sayrışan işıqlar (“miqalka”) quraşdırmaq qadağan olunacaq

  Hindistanda  mayın 1-dən sayrışan işıqlardan (“miqalka”dan)  istifadəylə bağlı qadağa qüvvəyə minəcək.  Məmurların və istənilən vəzifəli şəxslərin avtomobillərinə xüsusi siqnal elementləri  quraşdırmaq artıq mümkün olmacayaq. Bu haqda BBC xəbər yayıb.