İngiltərə polisi “Everton”un hücumçusu Ueyn Runini saxlayıb.

AvtoReyd.Az Publika.az-a istinadən bildirir ki, buna onun bu gecə sərxoş halda maşın idarə etməsi səbəb olub. Hadisə saat 2 radələrində futbolçunun Çeşir qraflığındakı evi yaxınlığında baş verib. Runi pul girovu qoyduqdan sonra sərbəst buraxılıb.

Sentyabrın 18-də o, məhkəmə qarşısına çıxarılacaq. Polis məlumatı təsdiqləyib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.