İngiltərə polisi “Everton”un hücumçusu Ueyn Runini saxlayıb.
AvtoReyd.Az Publika.az-a istinadən bildirir ki, buna onun bu gecə sərxoş halda maşın idarə etməsi səbəb olub. Hadisə saat 2 radələrində futbolçunun Çeşir qraflığındakı evi yaxınlığında baş verib. Runi pul girovu qoyduqdan sonra sərbəst buraxılıb.
Sentyabrın 18-də o, məhkəmə qarşısına çıxarılacaq. Polis məlumatı təsdiqləyib.