Yararsız halda olan Ələt-Astara avtomobil yolunun Salyan və Biləsuvar rayonları arasında yerləşən 2 km-lik hissəsi bərpa olunub.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AvtoReyd.Az–a daxil olan məlumata görə, qeyd edilən yol artıq sürücülərin istifadəsinə verilib.
“Bir müddət bundan öncə ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yolun hərəkət hissəsi dağılaraq yararsız hala düşən Ələt-Astara avtomobil yolunun Salyan və Biləsuvar rayonları arasında yerləşən 2 km-lik hissəsi qısa müddət ərzində bərpa olunub. Yol artıq sürücülərin istifadəsinə açıqdır”, – məlumatda qeyd edilib.