AvtoReyd.Az Eastnews.org-a istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya arasında əldə olunmuş razılaşma çərçivəsində Rusiyanın “Drive Electro” şirkəti tərəfindən xüsusi olaraq Türkiyənin “Otokar” avtomobil istehsalçısı üçün hazırlanmış birinci elektrobus Türkiyəyə göndərilib. “Drive Electro” və “Otokar” arasında razılaşma 2016-cı ilin dekabrında imzalanıb və 2017-ci ilin avqust ayında elektrobusun ilk nümunəsi Türkiyəyə göndərilib. Uzunluğu 12 metr olan elektrobus şəhər avtobusudır. Avtobusun LTO batareyasının enerji ehtiyatı 40-50 km aralığında məsafəni qət etməyə kifayət edir. Batareyanın doldurulması marşrutların son dayanacaqlarında 6-10 dəqiqə müddətində həyata keçirilir ki, bu da əvvəlki nəsil batareyaların doldurulması üçün sərf olunan vaxtdan orta hesabla 20 dəfə azdır.
Rusiya Türkiyəni elektrobuslarla təmin edəcək.
Related Post
Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilirHeydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir
Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol qəzası baş verdiyindən hazırda Heydər Əliyev Beynəlxalq Aerportu istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir. AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat
Paytaxtın bu küçəsi yenidən quruldu (Video+Foto)Paytaxtın bu küçəsi yenidən quruldu (Video+Foto)
Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işlər artıq tam olaraq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən
Təbriz küçəsinin bir hissəsində işlər yekunlaşdırılıb (Video+Foto)Təbriz küçəsinin bir hissəsində işlər yekunlaşdırılıb (Video+Foto)
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına səbəb olacaq layihələrin işlənilməsi, əsas nəqliyyat arteriyaları hesab olunan və uzun müddət əsaslı şəkildə təmir olunmayan prospekt və küçələrin