Avtomobillərin yubiley modelləri yalnız təmtəraqlı super avtomobillər istehsalçıları buraxmır. Belə modelləri UAZ kimi təcrübəli və köhnə-xeyirxah avtomobil istehsalçıları da edir.
AvtoReyd.Az-ın verdiyi məlumata görə,”Xanter” yolsuzluq avtomobilin 45-illiyinə Ulyanov avtomobil zavodu avtomobilçiləri sevindirmək üçün yeni modeli buraxmağa qərar verdi.Onun rəngləməsi yubiley modelinin birinci fərqləndirici xüsusiyyəti oldu.Avtomobilin damını ağ rənglə kuzov isə boz-yaşıla çevirdilər.İstehsalçıların fikirincə rənglərin belə uyğunluğu avtomobilin ordu keçmişini xatırlatmalıdır. Xatırladaq ki, UAZ-469 “ordu” modelləri qoruyucu tünd yaşıl, daha nadir boz rəngdə konveyerdən çıxırdı. Avtomobilin bütün qalan hissələri: şüşələrin çərçivələri, qapı kənarındakı əlavə etmələr, yük yerinin qapağı, rəflər ənənəvi qara rənglə rənglənmişdir. Disklər bu halda ağ rənglə rənglənmişdi.
Dəyişikliklər kuzovdan da yan keçmədi. Belə ki, yeni UAZ-ın yük yerində qatlanan bort yer aldı, hansı ki, kiçik yürüş masasına transformasiya etmək mümkün olacaq.Uzun yüklərin daşıması zamanı yeniliyin həmin xüsusiyyətini tətbiq etmək olar. Avtomobilin oturacaqları su buraxmayan material ilə əvəz olunub.
Hər bir sürücünü maraqlandıran sual ortaya çıxır,görəsən texniki hissədə nə kimi dəyişiklik olub? Faktiki olaraq texniki hissədə dəyişiklik olmayıb. Xatırladaq ki,avtomobilin 2.7-litrlik həcmində benzin və 128 at gücünə malik mühərriki var. Ötürmə qutusu, əvvəlki kimi – 5-pilləli mexaniki, qurğu – tam və aşağı salan ötürmə ilə çalışır.
Tiraja gəlincə aydın səbəblərə görə,say məhdudlaşdırılacaq. Toplam olaraq “Xanter” versiyasının simvolik 469 vahidi reallaşdırılacaq.İndiki məzənnəyə görə, avtomobilin qiyməti təxminən 11 800 ABŞ dollara olacaq. Satışa avtomobil artıq cari ilin sentyabrında çıxacaq.