Bakı-Qazax magistralında piyadanı avtomobil vurub.AvtoReyd.Az APA-ya istinadən  verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini 54 yaşlı Nüsrət Rzayev yolu keçən zaman hələ ki markası məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan N. Rzayev xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.