Avtoreyd.Az Dörd çarx Sürücü cəriməsini ödəsə də, avtomobilini idarə edə bilmir – VİDEO

Sürücü cəriməsini ödəsə də, avtomobilini idarə edə bilmir – VİDEO


Masallıdan olan sürücü cəriməsini ödəsə də, avtomobilini idarə edə bilmir. Daha doğrusu yol polisinin sistemində bu ödənilməmiş kimi görsənir. Sürücü əlindəki ödəniş qəbzini yol polisinə göstərsə də, avtomobilini cərimə meydançasından çıxara bilmir. Bəs bu necə baş verib, əməkdaşlarımız araşdırıb.

Avtomobilinin cəriməsini ödəsə də, yol polisinin sistemində bu ödənilməmiş kimi görsənir.

Masallı rayon İsi kənd sakini Adil Əliyevin sözlərinə görə, ötən ilin may ayında ona məxsus avtomobil rayon dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yol polisi sürücüyə avtomobildə əlavə qurğuların olması barədə mlumat verdikdən sonra avtomobil cərimə meydançasına aparılıb.

Avtomobilə əlavə qurğu quraşdırıldığına görə Masallı rayon məhkəməsinin qərarı ilə Adil Əliyev 500 manat cərmə olnub. O, 3 ay müddətində cərməni tam ödəsə də, avomobili öz adına keçirmək istəyəndə məlum olub ki, sistemdə cərimə borc kimi, hələ də ödənməmiş qalır.

Ödənilən 500 manat silinmədiyinə görə, indi o gecikdirilmiş cərimə kimi əlavə 300 manat da ödəməlidir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ”XəzərXəbər”ə bildirdi ki, sürücü ödənişi həqiqətən də səhv edib. Buna görə də həmin məbləğin ödənilməsi Baş Dövlət Yol Polis İdarəinin Mərkəzi İsnormasiya sistemində görsənmir. Yəni, Adil Əliyev 500 manatı maliyə idarəsinin köməyi ilə yenidən Baş Dövlət Yol Polisi idarəsinin yol hərəkəti qaydaları əleyhinə olan sisteminə etməlidir.

Related Post