Avtoreyd.Az Avtoxəbər Ermənistanın ilk prezidentinin zirehli xidməti avtomobili hərraca çıxarılıb

Ermənistanın ilk prezidentinin zirehli xidməti avtomobili hərraca çıxarılıb


Ermənistan hakimiyyəti ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın xidməti “Mersedes-Benz-500” zirehli avtomobilini hərraca çıxarıb.

Avtoreyd.az bildirir ki, “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hakimiyyət avtomobilin 34,5 min dollara satılması haqqında qərar qəbul edib.

Məlumata görə, hərrac üç ay ərzində təşkil olunacaq.

Avtomobil 1982-ci ildə istehsal olunub.

Qeyd edək ki, Levon Ter-Petrosyan 1991-ci il noyabrın 11-dən 1998-ci il fevralın 3-dək Ermənistanın prezidenti olub.

Related Post