Avtoreyd.az bildirir ki, Jaguar Land Rover Classic şirkəti 1960-cı illərin E-type avtomobilinin dizaynını təkrarlayan tamamilə yeni elektrik model E-type Zeronu təqdim edib.
Şirkətdən bildiriblər ki, 2020-ci ildən etibarən öz istehsalları olan avtomobillərin tamamilə elektrikləşdirilməsini planlaşdırırlar və yeni model E-type Zeronun sirrini açıblar. Onun 220 KVT gücə malik mühərriki 5,5 saniyə ərzində saatda 100 kilometrə qədər sürət artırmağa imkan verir. Qeyd edilir ki, tam dolu akkumulyator batareyası (40 kVts həcm) 270 kilometr məsafə üçün yetərlidir. Batareyanını enerji yığması üçün 6-7 saat tələb olunur.
Hələlik minik vasitəsinin dəyəri, onun əldə edilməsi haqqında heç bir informasiya yoxdur. Hazırda ehtimal olunur ki, bu yalnız konseptdir və onun sayəsində Jaguar şirkəti klassik dizaynda buraxılan elektrik avtomobillərinə bazarın reaksiyasını yoxlamaq istəyir.Yalnız sonra bu modelin bazara çıxarılıb çıxarılmaması haqda qərar qəbul ediləcək.
Şirkət, E-type Zeronu sentyabrın 6-dan 8-dək keçirilən JLR Tech Fest-in London festivalında nümayiş edir.