Avtoreyd.az bildirir ki, “Real”ın və futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu öz kolleksiyasına yeni avtomobil əlavə edib – Ferrari F12 Tour de France.
Məhdud şəkildə buraxılan avtomobillərin sayı cəmi 799 ədəddir. 450 min dollarlıq maşının 12 silindirlik mühərrikinin gücü 780 at gücünə bərabərdir. Maksimal surət həddi isə saatda 340 km-dən çoxdur.
Qeyd edək ki, portuqaliyalı futbolçunun avtomobil kolleksiyasında artıq Bugatti Veyron, Lamborguini Aventador, Porsche 911 Turbo S, Ferrari 599 GTO və Rolls-Royce Ghost kimi maşınlar var.