Avtoreyd.Az Avtoxəbər 50 milyon dollarlıq yol-nəqliyyat hadisəsi: Britaniyada bütün dövrlərin ən bahalı avtomobili qəzaya uğrayıb (Video)

50 milyon dollarlıq yol-nəqliyyat hadisəsi: Britaniyada bütün dövrlərin ən bahalı avtomobili qəzaya uğrayıb (Video)

| | 0 Comments | 22:15

Avtoreyd.az bildirir ki, səs-küylü hadisə Britaniyada Goodwood Revival avtoşousu zamanı baş verib. Bütün dövrlərin ən bahalı maşını olan 1964-cü il istehsalı Ferrari 250 GTO avtomobili qəzaya düşüb.

Sportkar Ferrari 250, qədimi avtomobillərin yarışı zamanı zədələnib. Maşın yoldan çıxaraq yaxınlıqdakı maneəyə çırpılıb. Qəzadan sonra Ferrari 250 sərbəst hərəkət etsə də, kuzovu ciddi zərər görüb və bahalı təmir tələb edir.

1964-cü ildə xüsusi kuzovlu yalnız dörd ədəd Ferrari 250 avtomobili buraxılıb. Ümumilikdə isə 250 GTO-nun tirajı cəmi 39 ədəddir. Bu nüsxə 1965-ci ildən britaniyalı iş adamı Entoni Bemforda məxsusdur.Yeri gəlmişkən onu da qeyd edək ki, Bemfordun daha bir Ferrari 250 GTO-su var.

Ferrari 250 GTO dünyada ən bahalı avtomobildir. 2013-ci ildə bu avtomobillərdən biri 52 milyon dollara satılıb. Daha bir il əvvəl isə belə Ferrari 38 milyon dollara satılıb.

Model, yarışlardakı çoxsaylı qələbələrinə və öz dövrü üçün üstün xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. 300 at gücünə malik avtomobil saatda 280 km sürətlə hərəkət edir.

Related Post

Yeni “Niva” GƏLİRYeni “Niva” GƏLİR

“Avtorevyu” nəşri “Lada 4×4” – daha çox “Niva” adı ilə tanınan yolsuzluq avtomobilinin növbəti nəslinin yaradılması üzərində işlərin gedişi haqqında məlumat yayıb. AvtoReyd.Az bildirir ki, daha əvvəl yer alan şayiələr təsdiqlənib.