Avtoreyd.az bildirir ki, yük gəmisində olduğu bir ay ərzində dənizçi time-lapse video hazırlayıb. Sonra isə həmin görüntüləri YouTube kanalında yerləşdirib.
Gəmi, Süveyş kanalından Honkonq limanı istiqamətində hərəkət edib.
Yük gəmisinin ən yüksək nöqtəsinə kamera quraşdıran müəllif qeyri-adi görüntülər əldə edib.
Time-lapse videonun ərsəyə gəlməsi üçün ümumi həcmi 1500 GB olan təxminən 80 min şəkildən istifadə olunub.