Avtoreyd.az bildirir ki, Çinin ticarət mərkəzlərindən birində qorxunc hadisə baş verib: eskalatorun pilləsində oturan uşağın qəflətən əlini hərəkət edən nərdivanın mexanizmi “sorub”. Əgər kompleks əməkdaşının cəld reaksiyası olmasaydı, uşaq əlindən məhrum olacaqdı.
Xoşbəxtlikdən, o, kiçik travmalarla canını qurtarıb. Çinli sosial şəbəkə istifadəçiləri uşağın köməyinə yetişən xanımı əynindəki köynəyin rənginə görə “çəhrayı geyimli mələk” adlandırıblar.
Uşağın əlinin eskalatorun mexanizmindən çıxarılması üçün yanğın söndürənləri çağırmaq lazım olub. Bundan sonra azyaşlı xəstəxanaya çatdırılıb. Onun həyatı üçün qorxulu heç nə yoxdur.
http://www.youtube.com/watch?v=rocKXDGIWpQ