Avtoreyd.Az Gündəm BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib (Foto)

BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib (Foto)


Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun sürücüsünün polis tərəfindən saxlanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sentyabrın 12-də saat 21:15-də Zabrat-Maştağa yolunda Hüseyn Aslanovun idarə etdiyi 90 ZU 964 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 10 TH 203 dövlət nömrə nişanlı 131 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusu vurub.

Qəzadan sonra avtomobilin sürücüsü avtobus sürücüsündən polisə şikayət edib.

Polis əməkdaşları da həmin şikayət əsasında bu gün avtobusun sürücüsünü saxlayaraq ifadəsini alıb.

Məsələ aydınlaşandan sonra avtobus sürücüsü sərbəst buraxılıb.

Related Post

Vaqif Əsədovdan Pərvin Abıyeva haqqında: Nömrəsi də yoxdur ki, zəng edəmVaqif Əsədovdan Pərvin Abıyeva haqqında: Nömrəsi də yoxdur ki, zəng edəm

Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov aktrisa Pərvin Abıyevanın avtomobilinə həbs qoyulması və cərimə meydançasına aparılması ilə bağlı açıqlama verib. AvtoReyd.Az Yenicag.az-a istinadən xəbər verir ki, o faktın araşdırıldığını deyib: “Nura

Daxili işlər orqanlarının daha bir əməkdaşı yaş həddi ilə əlaqədar işdən çıxarılıbDaxili işlər orqanlarının daha bir əməkdaşı yaş həddi ilə əlaqədar işdən çıxarılıb

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb. Report-un məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki