Avtoreyd.az bildirir ki,norveçli ovçular Leyşa şəhəri yaxınlığındakı qayalarda (Oslodan 275 kilometr aralı) yaşı min ili ötən bir metr uzunluğunda qılınc tapıblar.Qədim silah dəniz səviyyəsindən 1640 metr hündürlükdə aşkar olunub. Şahidlərin sözlərinə görə qılınc daşların arasından tiyəsi üzü yuxarı vəziyyətdə olub.
Norveçli arxeoloq Lars Holqer Pilou hesab edir ki, çox guman ki, qılınc dağlarda azan vikinq tərəfindən unudulub, hansı ki, sonradan xəstəlikdən ölüb.
Arxeoloq bildirib ki, silah bizim eraya aiddir və 850 ilə 950-ci illər arası hazırlanıb.Lars Holqer Pilounun fikrincə, qılınc həm dəmirin keyfiyyəti, həm də əlverişli şərait sayəsində yaxşı qalıb.
Silah min ildən artıq soyuqda quru hava şəraitində qalıb.