Avtoreyd.az bildirir ki, Rusiyada, Biysk şəhər sakini sevdiyi xanımı ad günü münasibətilə olduqca orijinal şəkildə təbrik edib.
Avtomobili binanın 4-cü mərtəbəsinə böyük inşaat kranı ilə qaldıran gənc, yük maşınının pəncərəsindən gülü, konfeti və ətiri sevdiyi qızın mənzilinin pəncərəsində xanıma şəxsən təqdim edib.
Ad günündə sevgilisinin sürprizi qızın xoşuna gəlsə də, qonşular bu təşəbbüsü layiqincə qiymətləndirməyərək əraziyə polisi çağırıblar.