Avtoreyd.Az Maraqlı Dünyanın ən qoca pişiyi 144 yaşında öldü (Video)

Dünyanın ən qoca pişiyi 144 yaşında öldü (Video)

| | 0 Comments | 16:31

Avtoreyd.az bildirir ki, İngiltərənin şimalından yerləşən Tyne and Wear qraflığının Blaydon şəhərindən olan Liz və Ian Finlay cütlüyü 1990-cı ildə bağda sahibsiz pişik tapıb və ona Nutmeg adı verib. Daha sonra Nutmeg-i baytar həkiminə aparan Finlay cütlüyü, həkimin köməyi ilə pişiyin 5 yaşında olduğunu öyrənib.

Qeyd edək ki, iki il əvvəl insultu keçirən Nutmeg qeyri-rəsmi olaraq planetin ən yaşlı pişiyi hesab edilir. Sahibləri sevimli pişiklərinin adının Ginnesin rekordlar kitabına daxil edilməsi üçün tələb olunan sənədləri də toplayırdılar.

32 il ömür sürən Nutmeg-in yaşını insan ömrünə çevirsək, bu, hardasa 144 ilə bərabərdir.

Related Post